16:06 - 3.06.2025
3 iyun, Fineko/abc.az. “Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov bildirib.
Onun sözlərinə görə, təhlükəsizliyi daha da təkmilləşdirmək, əməliyyatlar zamanı risklərin idarə olunmasını gücləndirmək, yeni texnologiyaların istifadəsini genişləndirmək qarşımızda duran əsas hədəflər sırasındadır:
“Fəaliyyət strategiyamıza uyğun istismar üsullarının optimallaşdırılması prioritetlər sırasındadır. Belə ki, istismar üsullarının optimallaşdırılması hesabına hasilatın dayanıqlılığının təmini və artırılması hədəflənib. Quyularda istismar üsüllarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir. 2024-cü ildə 46 quyuda üsul dəyişikliyi icra edilib, orta gündəlik səmərə 15-20 % artıb. Quyuların təmirlərarası müddəti 90 gündən 365 günə kimi uzanıb. Bu da mexaniki üsulla işləyən quyunun davamlı istismarının il ərzində 60 günə qədər uzanması ilə nəticələnib”.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026