Peskov: Rusiya İranın nüvə proqramını sülh yolu ilə həll etmək səylərini dəstəkləyir

15:55 - 3.06.2025


3 iyun, Fineko/abc.az. Rusiya İranın nüvə proqramının sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, ölkələrin dinc enerji almaq hüququ var. Onun sözlərinə görə, dinc atom enerjisindən istifadə yalnız MAQATE və beynəlxalq ictimaiyyətin ciddi nəzarəti altında baş verir və baş verməlidir - Peskovun sözlərinə görə, bu, dünyanın hər yerində, bütün ölkələrində baş verir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp demişdi ki, İranla potensial razılaşma yalnız uranın zənginləşdirilməsinin dayandırıldığı təqdirdə baş tuta bilər. Bununla birlikdə, Axios portalı, Vaşinqtonun aşağı səviyyədə məhdud zənginləşdirməyə icazə verdiyini bildirmişdi. İranlı deputat Əbölfəz Zohrevand ABŞ-ın zənginləşməni dayandırmaq və ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İranın iştirakı ilə konsorsium yaratmaq təklifindən danışıb. Tehranda daha əvvəl vurğulanmışdır ki, yalnız müvəqqəti dayandırılmaya baxıla bilər və konsorsium ölkə ərazisində uranın zənginləşdirilməsini əvəz etməməlidir.