14:18 - 30.05.2025
30 may, Fineko/abc.az. Minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var.
R.Nurullayev həmçinin, təklif edib ki, dövlət infrastrukturu yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin:
"Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq". (Modern.az)
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026