Tramp bu gün İlon Maskla mətbuat konfransı keçirəcək

11:16 - 30.05.2025


30 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bu gün Oval kabinetdə İlon Maskla birgə mətbuat konfransı keçirəcək.

ABC.AZ xəbər verir ki, Truth Social sosial şəbəkəsində paylaşım edən ABŞ lideri Maskın dövlətin effektivliyi üzrə departamentin rəhbəri kimi son iş gününün cümə günü olacağını təsdiqləyib. Lakin biznesmen administrasiyaya kömək etməyə davam edəcək.

"Sabah şərq vaxtı ilə saat 13:30-da Oval kabinetdə İlon Maskla mətbuat konfransım olacaq. Bu, onun son iş günü olacaq, lakin o, həmişə bizimlə olacaq və hər işdə bizə kömək edəcək", – deyə Tramp bildirib.