“Finex Kredit” BOKT ASC-nin səhmdar tərkibində dəyişikliklər olub

10:15 - 27.05.2025


27 may, Fineko/abc.az. “Finex Kredit” BOKT ASC-nin səhmdar tərkibində mühüm dəyişikliklər qeydə alınıb. Belə ki, bir neçə yeni səhmdar əlavə olunub, eyni zamanda bəzi əvvəlki səhmdarların pay bölgüsü dəyişib.

ABC.AZ xəbər verir ki, BOKT-nin ən iri səhmdarı Xaqan Mirzəyev Səməd oğlu səhmlərinin 4 800 səhmdən 300 səhmə endirilib.

O, səhmlərin əsas hissəsini satdıqdan sonra BOKT-dəki payı 32%-dən 2%-ə düşüb. Əvəzində, Səməd Mirzəyev Murad oğlu (2 500 pay) və Saadət Mirzəyeva Məmmədoğlu qızı (2 000 pay) “Finex Kredit”də pay alıblar.

Bu satışdan sonra Azad Cəbrayıllov Nəriman oğlu səhmlərini sabit saxladığından 27% payla BOKT-nin əsas səsvermə hüququ olan səhmdara çevrilib.

Ramina Allahverdiyeva Tokay qızı, Şalala Tağıyeva İslam qızı, Tokay Şıxəlizadə Murad oğlu, Rövsən Məmmədov Mürsəl oğlu, Mobil Şərifov Famil oğlu və Tağıyeva Gülnarə Elçin qızı pay mövqelərini qoruyublar.