Ukrayna bu ölkələrdin ərazisindən qaz idxal etmək imkanını nəzərdən keçirir

16:21 - 26.05.2025


26 may, Fineko/abc.az. Ukrayna Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldovadan Trans-Balkan Dəhlizi vasitəsilə qaz idxal etməyi düşünür.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın keçmiş energetika naziri Olga Buslavets bildirib.

Yunanıstan - Ukrayna marşrutuna xidmət edən beş GTS operatoru, 25% endirilmiş tariflərlə yeni ROUT1 məhsulu təklif etdi. Tənzimləyicilər təşəbbüsü dərhal təsdiqləsələr, Bu, Ukrayna üçün ən bahalı idxal olunan qaz istiqamətini daha əlverişli edə bilər.

Hazırda Kiyev qazı Macarıstan, Polşa və Slovakiyadan alır.