Səudiyyə Ərəbistanı və Küveyt neytral zonada neft yatağı aşkarlayıb

15:30 - 26.05.2025


26 may, Fineko/abc.az. Wafra Joint Operations Səudiyyə Ərəbistanı və Küveyt arasında yerləşən neytral zonada yeni neft yatağı aşkarlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi hər iki ölkənin hökumətlərinə istinadən məlumat yayıb.

Aşkarlama, Vafra yatağından 5 km şimalda yerləşən Şimal Vafra Vərə-Burqan sahəsində qeydə alınıb.

“Bu, 2020-ci ilin ortalarında neytral zonada və ona bitişik dəniz zonasındakı hasilat işlərinin bərpasından sonra ilk aşkarlamadır. Bu tapıntı hər iki ölkənin etibarlı enerji təchizatçısı kimi mövqeyinə və kəşfiyyat-hasilat sahəsindəki imkanlarına müsbət təsiri baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə agentlik bildirir.