Bloomberg: ABŞ Aİ-ni xəbərdar edib ki, Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcək

15:00 - 19.05.2025


19 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp respublikaçıların Rusiyaya qarşı hazırladığı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək imkanını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Nəşr Avropa rəsmilərinə istinadən xəbər verir ki, Amerika rəsmiləri respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanan "sarsıdıcı" sanksiyalar haqqında yeni qanun layihəsi barədə Avropa rəsmilərinə xüsusi xəbərdarlıq ediblər.

Bu sanksiyalar Trump tərəfindən "Rusiya güzəştə getməyəcəyi" təqdirdə təsdiqlənə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Konqres tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin mümkün olduğunu bildirmişdi.