15:19 - 8.05.2025
8 may, Fineko/abc.az. Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir neçə saat ərzində qüvvədə olacaq.
Hərəkətin məhdudlaşdırılması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə agentlikdən bildirilib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026