Son 4 ayda dövlət qurumlarına olunan kiberhücumlar 18 faiz artıb

11:05 - 6.05.2025


6 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 371 kiberhücum indikatoru (IOC) müəyyən edib.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Kibertəhdidlərin 146-sı daxili araşdırma, 225-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə apreldə isə 81 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 29 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 180,505 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 5 milyon 213 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 55 min 296 zərərverici tərkibli elektron sənəd blok edilib. (Report)