ABŞ-nin tariflərinə görə avtomobil istehsalı 2 faiz azalacaq

16:37 - 2.05.2025


2 may, Fineko/abc.az. ABŞ-nin xarici mallara gömrük rüsumlarının tətbiqi nəticəsində bu il qlobal avtomobil istehsalı 2% azalaraq 87.9 milyon ədəd təşkil edəcək.

ABC.AZ xəbər verir ki, ötən illə müqayisədə 1.55 milyon az avtomobil istehsal olunacaq. Bu barədə “S&P Global Mobility”nin proqnozunda deyilir.

“Nikkei Asia” bu il ABŞ-də avtomobil satışlarının 3% azalacağını təxmin edir. "Bundan əvvəl ABŞ-də hər il təxminən 16 milyon avtomobil satılırdı. ABŞ Çindən sonra ikinci ən böyük bazardır. Eyni zamanda, ABŞ-da satılan avtomobillərin demək olar ki, yarısı xaricdən gətirilir. Bundan əlavə, ABŞ avtomobil hissələrinin 30%-dən 60%-ə qədərini idxal edir" - ; deyə nəşr qeyd edib.