16:28 - 17.09.2018
17 sentyabr, Fineko/abc.az. 2018-ci ilin 8 ayı ərzində Azərbaycanda 2 802,2 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sentyabrın 1-də hazır məhsulların həcmi 25,3 kq təşkil edib.
Gümüş hasilatı həmin dövrdə 5,3 dəfə artaraq 1,133,6 kq təşkil edib.
Qeyd edək ki, 2017-ci ildə ölkədə 6,391 ton qızıl hasil edilib ki, bu da 2016-cı ilin göstəricisindən 3,4 dəfə çoxdur.
Qızıl Azərbaycanda Daşkəsəndə (“AzerGold” CSC) və Gədəbəydə (“Anglo-Asian Mining”, Böyük Britaniya) hasil olunur.
“Anglo-Asian Mining” 21 avqust 1997-ci il tarixində imzalanmış PSA tipli saziş (Hasilatın paylı bölgüsü haqqında) çərçivəsində qızıl hasilatını həyata keçirir. Sözügedən müqavilədə Azərbaycanın payı 51%, Britaniyanın “Anglo Asian Mining Plc.” şirkətinin payı isə 49% təşkil edir. Gədəbəy yatağından ilk qızıl hasilatı 2009-cu ildə həyata keçirilmişdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026