14:29 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Azərbaycandan xarici bazarlara sitrus meyvələrinin ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən ABC.AZ-a bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkəmizdən xaricə sitrus meyvələrinin ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,5 faiz artım qeydə alınıb.