Gürcüstanın sabiq baş naziri Qaribaşvili siyasətdən getdiyini elan edib

14:19 - 25.04.2025


25 aprel, Fineko/abc.az. “Gürcü Arzusu” Partiyasının sədri, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan edib.

ABC.AZ xəbər verir ki, o, özəl sektorda fəaliyyət göstərəcəyini, lakin ölkəsinə “sadiq əsgər” olaraq qalacağını və partiyanın qurucusu, milyarder Bidzina İvanişvilinin tərəfdarı olacağını bildirib. Eyni zamanda Qaribaşvili gələcəkdə siyasətə qayıdaraq öz müxalif partiyasını yarada biləcəyini də istisna etməyib.

“Gürcü Arzusu”nun yeni sədrinin kim olacağı yaxın günlərdə açıqlanacaq.