14:58 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə “E-Şikayət” sisteminə mobil rabitə barəsində olan şikayətlər 19,31 %, telefon rabitəsi barədə olan şikayətlər 12,96 % və mobil internet barəsində olan şikayətlər isə 3,10 % təşkil edir.
ABC.AZ xəbər verir ki, ötən ilin noyabrında istifadəyə verilən “E-Şikayət” sisteminin mobil tətbiqi vasitəsilə isə edilən müraciətlərin 88,35 %-i telekommunikasiya, 11,65 %-i isə poçt rabitəsi ilə bağlı olub. Ümumi şikayətlərinin 266-sı, yaxud 4,54 %-i bu üsulla edilib.
“E-Şikayət” sisteminə daxil olan şikayətlərin 78,9 %-i kişilər, 21,1 %-i isə qadınlar tərəfindən ünvanlanıb.
Onların 98,77 %-i cavablandırılıb, 1,23 %-nin isə icrası icra mərhələsindədir.
Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026