11:19 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Son zamanlar ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları bütün dünyanın gündəmini zəbt edir.
ABC.AZ xəbər verir ki, ən böyük təzyiq Çinə edilirdi. Eyni şəkildə Çin də ABŞ-ın tətbiq etdiyi vergilərə qarşı bir addım atdı və iki ölkə arasındakı bu vəziyyət ticarət müharibəsinə çevrildi. Dünən ABŞ-dan yeni qərar gəldi.
Tramp administrasiyası Çinə süni intellekt çiplərinin satışını dayandırdığını açıqlayıb. Bu vəziyyət dünyanın ən böyük şirkətlərindən biri olan NVIDIA-ya ən çox təsir edəcək.
Yeni çip satışına qoyulan məhdudiyyətlərdən sonra NVIDIA-nın hansı yanaşmaya əl atacağı maraq doğururdu. Şirkət açıqlamasında ABŞ hökumətinin çipləri harada sata biləcəyi ilə bağlı qərarına ciddi əməl edəcəyini bildirib.
NVIDIA dünən verdiyi açıqlamada yeni qərar səbəbiylə H20 çip sifarişlərini ləğv etdiyini və bu səbəbdən təxminən 5,5 milyard dollar itirə biləcəyini ifadə etdi.
4 Avqust 2026
4 Avqust 2026