10:52 - 8.04.2025
8 aprel, Fineko/abc.az. Çin avtomobil istehsalçıları yüksək tariflərə baxmayaraq Avropa bazarında inamlı artım nümayiş etdirirlər.
ABC.AZ xəbər verir ki, Çin şirkətlərinin Avropaya satışları illik 64% artaraq fevral ayında 38.902 ədədə, Avropadakı payı isə keçən ilki 2.5%-dən 4.1%-ə yüksəlib.
Bu artım, mövcud 10% tarifinə əlavə olaraq, keçən oktyabr ayında tətbiq olunan Çinin elektromobillərində 35,3%-ə qədər rüsumlar fonunda baş verir. Beş il ərzində qüvvədə olacaq rüsumlar Çin istehsalçılarını Avropa ekspansiyasının davam etdirmək üçün yeni strategiyalar qəbul etməyə sövq edib.