15:02 - 1.04.2025
1 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı razılaşmanın aprelin 5-dək tamamlanacağını bildirib.
ABC.AZ xəbər verir ki, əsas alıcılar arasında “Blackstone”, “Microsoft”, “Oracle” və İlon Mask var.
2024-cü ilin aprelində Co Bayden sosial şəbəkənin sahibi olan Çin şirkəti “ByteDance” 2025-ci il yanvarın 19-na kimi ölkədəki biznesini satmasa, “TikTok”u bloklayan qanun imzalayıb. ABŞ-nin yeni prezidenti Donald Tramp qadağanı dayandırıb, müqavilə aprelin 5-də başa çatmalıdır. Prezident administrasiyası bir neçə potensial alıcı ilə eyni vaxtda fəal danışıqlar aparır. Onların arasında müxtəlif media orqanları tərəfindən “Blackstone”, “Microsoft”, “Oracle” və İlon Maskın adı çəkilib.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026