10:57 - 1.04.2025
1 aprel, Fineko/abc.az. Amerikadan Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini bildirib.
Qərar aprel ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.
Onun sözlərinə görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək. Daha ətraflı Xəzər tv-nin hazırladığı süjetdə tanış ola bilərsiniz.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026