11:43 - 11.03.2025
11 mart, Fineko/abc.az. Azerbaijan Airlines (AZAL) şirkəti şəhər üzərində hava məkanının bağlanması ilə əlaqədar Bakıdan Moskvaya bəzi reyslərin təxirə salındığını bildirib.
ABC.AZ xəbər verir ki, AZAL-ın məlumatına görə, aviaşirkətin Bakı-Moskva marşrutu üzrə J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) reyslərində gecikmələr müşahidə olunur.
"Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti yaxından izləməyə davam edir və sərnişinlərə mümkün dəyişikliklər barədə mütəmadi olaraq məlumat verəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, təxirə salınmış reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazım olan hər şeylə təmin edilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026