“PashaPay”də daha bir əcnəbi - Yeni TƏYİNAT

11:17 - 11.03.2025


11 mart, Fineko/abc.az. “MilliÖn” və “m10” kimi brendlərə sahib elektron pul təşkilatı “PashaPay” MMC-nin İdarə Heyətinə yeni üzv seçilir.

ABC.AZ xəbər verir ki, İlya Losev İdarə Heyətinin üzvü seçilib.

O bu vəzifədə Cəmil Abdullayev İlyas oğlunu əvəz edib.

Hazırda şirkətin İdarə Heyətinin sədri Samir Məmmədov, digər üzvləri isə Pünhan Nərimanov İlham oğlu və Eqor Petrovdur.

Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40 022 000 manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.