Tesla 15,43 faiz dəyər itirdi

10:38 - 11.03.2025


11 mart, Fineko/abc.az. Son ticarət gününün göstəricilərinə görə, böyük şirkətlərin səhmləri ciddi enmələr yaşayıb.

ABC.AZ xəbər verir ki, ən çox dəyər itirən səhm Tesla olub. Şirkətin səhmləri 15,43% ucuzlaşaraq 222,15 dollar səviyyəsinə düşüb.

Bu, investorlar arasında narahatlıq yaradıb və şirkətin bazar dəyərinə ciddi təsir edib.

Digər texnologiya nəhənglərində də enmə tendensiyası davam edir. Apple səhmləri 4,85%, Meta Platforms 4,42%, Alphabet (Google) 4,41%, Microsoft isə 3,34% ucuzlaşıb. Bu günlər bazarda texnoloji şirkətlərin mənfi trendlə qarşılaşdığını göstərir.

NVIDIA səhmləri də ciddi geriləmə görüb. Şirkətin səhmləri 5,07% ucuzlaşaraq 106,98 dollar olub. Amazon.com və Visa səhmləri müvafiq olaraq 2,36% və 1,11% dəyər itirib.