15:43 - 3.03.2025
3 mart, Fineko/abc.az. Ukrayna hakimiyyəti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampla mübahisəsindən sonra Vaşinqtonun siyasətinin ciddi şəkildə dəyişdiyini etiraf edib.
ABC.AZ xəbər verir ki, bu, Zelenski ofisinin müşaviri Sergey Leşenkonun açıqlamasından irəli gəlir.
Leşenko konsepsiyanın yenidən baxılmasını Ağ Ev tərəfindən "xoşagəlməz bir vəziyyət" və Avropa üçün "çox həyəcanlı işarə" adlandırıb.
Eyni zamanda, müşavir Ukrayna siyasətçilərinin Zelenskini, o cümlədən Ağ Evə gəldiyi hərbi geyim tərzinə görə tənqid etməsindən narazılığını bildirib. "Məsələ geyimdə deyil, məsələ Amerikada belə bir hakimiyyətin olmasıdır. Onunla yaşamalıyıq, onunla dost olmalıyıq", — deyə Leşenko vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də Zelenski Ağ Evdəki görüşə qara şalvar və qara cemperdə gəlmişdi. Tramp, Zelenskinin geyiminə irad tutmuşdu. Sonra, danışıqlardan əvvəl mətbuatın suallarına cavablar zamanı Tramp və Zelenski yüksək tonlarda mübahisə etmişdirlər. Zelenski Trampın sözünü kəsirdi və mətbuat nümayəndələri ilə kobud davranırdı. Tramp Zelenskiyə ABŞ-a hörmətsizlik etdiyini, vitse-prezident Cey Di Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu bildirdilər. Nəticədə Zelenskidən Ağ Evi tərk etməsini tələb etdilər. Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında Sazişin imzalanması baş tutmadı, həmçinin danışıqların yekunlarına dair mətbuat konfransı keçirilmədi.