Yanvarda yığımları ən çox artan və azalan şirkətlər - Siyahı

10:56 - 26.02.2025


26 fevral, Fineko/abc.az. 2024-cü ilin ilk ayı ilə müqayisədə 2025-ci ilin yanvarında Azərbaycanın 16 sığorta şirkətindən 2-nin sığorta haqları azalıb, 14-nün isə artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Xalq Sığorta ” şirkətidir (4.5 dəfə) və ən çox azalan isə “Meqa Sığorta” şirkətidir ( -28%).