Peyk texnologiyaları sığorta hadisəsi dəymiş zərərin qiymətləndirilməsinə kömək edirn

15:38 - 25.02.2025


25 fevral, Fineko/abc.az Peyklər eyni zamanda aqrar sığorta sahəsində risk analizlərinin aparılmasını da təmin edir.

ABC.AZ xəbər verir ki, bunu Kosmik Agentliyin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov bildirib.

O deyib ki, peyk vasitəsilə tərtib edilən risk xəritələri sayəsində quraqlıq, daşqın və digər təbii fəlakətlərin başvermə ehtimalı öncədən müəyyən edilə bilir.

"Hətta su anbarlarının və çayların daşması nəticəsində hansı ərazilərin su altında qalacağı kimi risklər də əvvəlcədən hesablanır. Bu məlumatlar xüsusi bazalarda saxlanılır və fermerlər üçün indeks əsaslı yanaşmalarla qiymətləndirmə aparmağa imkan yaradır.

Eyni zamanda, peyk texnologiyaları sığorta hadisəsi baş verdikdən sonra dəymiş zərərin qiymətləndirilməsinə də kömək edir. Hadisə geniş əraziləri əhatə etdikdə, peyk təsvirləri vasitəsilə zərərin miqyasını və təsirlərini dəqiq müəyyən etmək mümkündür" - deyə İ.Baxışov bildirib.(Report)