12:12 - 25.02.2025
25 fevral, Fineko/abc.az. Son 20 ildə Azərbaycanda iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərin başvermə tezliyi xeyli artıb.
ABC.AZ xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun nümayəndəsi Azər Məmmədov bildirib.
“Bu dövr ərzində dolunun tezliyi 3 dəfə, daşqınların sayı 12 dəfə, şiddətli küləkli günlərin sayı isə 18 dəfə çoxalıb”, – deyə o vurğulayıb.
O əlavə edib ki, 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul edilsə də, sistem tam formalaşmamışdı. Yalnız 2019-cu ildə “Aqrar sığorta haqqında” qanunun qəbulu və 2020-ci ildən sistemin fəaliyyətə başlaması aqrar sığortanın inkişafına təkan verib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026