ADY-də yeni təyinat həyata keçirilib

17:29 - 24.02.2025


24 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

ABC.AZ ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.