11:44 - 10.09.2018
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 14 sentyabr 2018-ci il tarixində, saat 11:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3175800) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026