10:16 - 10.09.2018
10 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar (0,03%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,88 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti cümə günü, 7 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,02 dollar (0,03%) ucuzlaşaraq bir barelə 67,75 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 7 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,33 dollar (0,43%) artaraq bir barelə 76,83 dollar təşkil etmişdir.
Nəticədə “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 9,08 dollar / barelə təşkil edir.