12:17 - 5.02.2025
5 fevral, Fineko/abc.az. 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74,7% artaraq 5.722-yə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir əlavə edib ki, maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94,7%-i regionların payına düşür.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar.
Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib:
“Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir”.
8 Avqust 2026
8 Avqust 2026