İndiyədək hərracda satılan ən bahalı avtomobil - Foto

16:12 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Məşhur Qran-Pri yarış avtomobillərindən olan “Mercedes-Benz W 196 R” modeli Ştutqartda təşkil olunan hərracda 51 milyon avroya satılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzetində məqalə dərc olunub. Yazıda bildirilib ki, bu, indiyədək hərracda satılan ən bahalı Qran-Pri yarış avtomobili kimi tarixə düşüb.

Avtomobil ilk dəfə 1965-ci ildə istehsalçı tərəfindən “Indianapolis Motor Speedway” muzeyinə bağışlanıb. “W 196 R” dünyanın müxtəlif ölkələrindən xeyli sayda zəngin kolleksionerin diqqətini cəlb edib. Avtomobil həvəskarları bu avtomobilin texniki üstünlüklərinə və cəlbedici sürətinə böyük heyranlıq duyurlar. Məhz bu baxımdan hərracda avtomobilə böyük maraq göstərilib.