Azərbaycana gətirilmiş elektromobillərin orta qiyməti 116 min 103 manat olub

15:59 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Ötən il ölkəyə gətirilən elektromobillərin orta qiyməti 116 min 103 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu da onu göstərir ki, Azərbaycana gətirilən ən bahalı minik avtomobilləri məhz elektromobillərdir.

2024-cü ildə plug-in hibrid minik avtomobillərinin orta qiyməti 2023-cü ilin göstəricisi ilə müqayisədə 31,8 faiz azalaraq 82 min 297 manat təşkil edib.

Ötən il hibrid minik avtomobillərinin orta qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Əvvəlki ilin qiyməti ilə müqayisədə hibrid minik avtomobillərinin 2024-cü ildə orta qiyməti 3,6 faiz azalaraq 70 min 143 manat olub. Ənənəvi yanacaq mühərrikli minik avtomobillərinin orta qiyməti isə 1,7 faiz artaraq 41 min 577 manat təşkil edib.