Son 5 ildə Azərbaycana bu qədər minik avtomobili gətirilib

14:53 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Son 5 ildə Azərbaycana 374 min 148 ədəd minik avtomobili idxal olunub.

Media Təhlil Mərkəzindən ABC.AZ-a daxil olan məlumata görə, bu müddət ərzində ən az minik avtomobili idxalı 2020-ci ildə (49 min 692 ədəd) qeydə alınıb və bu, pandemiyaya görə xarici ticarət əlaqələrində yaranan fasilələr ilə bağlı olub.

Son 5 ilin ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb və həmin il ölkəyə 88 min 151 minik avtomobili idxal olunub. 2024-cü ildə isə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,5 faiz azalaraq 82 min 434 ədəd təşkil edib.

Son 3 ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiymətində ciddi artım müşahidə olunub. Aşağıdakı cədvəldən də göründüyü kimi, 2022-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiyməti 34,2 faiz artaraq 35 min 540 manat, növbəti ildə daha 39,8 faiz artaraq 49 min 679 manata yüksəlib.