10:27 - 30.01.2025
30 yanvar, Fineko/abc.az.Yaponiyanın Toyota Motor avtomobil konserni avtomobil satışlarına görə ardıcıl beşinci ildir dünyada birinci yeri tutur.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiya şirkətinin açıqladığı statistik məlumatlarda deyilir.
2024-cü ildə şirkətin satış həcmi 3,7% azalsa da, Toyota dünyada 10 821 480 nəqliyyat vasitəsi satıb. Bu, ona Volkswageni bir daha qabaqlamağa və beş il ardıcıl olaraq dünyada birinci yerə çıxmağa imkan verib.
Almaniya konserni ötən il dünyada təxminən 9,02 milyon avtomobil satıb - onun satışları da il ərzində 2,3% azalıb. Üçüncü yeri dünyada 7,23 milyon avtomobil satan Koreyanın Hyundai Motor tutur (2023-cü ilə nisbətən 1% az).
3 Avqust 2026
1 Avqust 2026