12:06 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Böyük Britaniyada 200-dən çox şirkət dördgünlük iş həftəsinə keçib.
ABC.AZ xəbər verir ki, bununla da beş minə yaxın işçi əlavə istirahət günü əldə edib.
Yenilik ilk növbədə marketinq, texnologiya və xeyriyyəçilik sahələrində çalışan təşkilatların işçilərinə təsir göstərib.
Mütəxəssislər daha çox gənc işçilərin ənənəvi iş modellərinə etiraz edəcəyini proqnozlaşdırırlar.
Belə ki, Britaniyada 18-34 yaşlı gənclərin təxminən 80%-i dördgünlük iş həftəsinin bir neçə ildən sonra normaya çevriləcəyinə inanır.
4 Avqust 2026
4 Avqust 2026