17:14 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Hollandiyada cənazə avtomobilinə modifikasiya olunan Tesla Model 3 elektromobili satışa çıxarılıb.
ABC.AZ xəbər verir ki, elektrikli avtomobilin dəyişdirilməsi ilə məşğul olan Derks Funeral Mobility şirkəti bunun üçün təxminən 119 min avro istəyib.
Modifikasiyaya 2023-cü ilin sonunda buraxılan restaylinq edilmiş sedan məruz qalıb. Avtomobilin yürüşü cəmi 55 km - dir. Ektromobilin arxa hissəsi tabutu yerləşdirmək üçün xeyli dəyişikliklərə məruz qalıb: Model 3 arxa qapıları ləğv olunub, yüksək dam, böyük pəncərələr və qaldırıcı arxa qapı ilə təchiz olunub. Kabinənin ön hissəsi dəyişməz olaraq qalıb, arxa bölmədən şüşə ilə bölmə ilə ayrılır. Yük bölməsinin dekorasiyasında ağacdan istifadə edilib, tavanda isə Rolls-Royce üslubunda "ulduzlu səma" qurulub.