Azərbaycan qızıl alışını kəskin artırıb

10:51 - 27.01.2025


27 yanvar, Fineko/abc.az. Azərbaycan noyabrda xaricdən qızıl alışını daha da kəskinləşdirib.

Ölkə təkcə bir ayda 6.9 tonluq qızıl alıb və bu, öncəki ayları xeyli üstələmiş olub.

Söhbət burada dövlətin deyil, ümumilikdə idxal edilmiş həcmdən gedir.

ABC.AZ-ın məlumatına görə, qızılın bir kiloqramı ölkə üçün 85 690 ABŞ dolları və ya bir unsiyası 2 429 dollar olub.

Ölkə bu ilin aprelindən qızıl almağa başlayıb və həcmlər aydan-aya yüksəlib. Həmin tarixdən noyabra qədər ümumilikdə 34 083 kq qızıl alınıb və buna görə ölkəni 2.714 milyard dollar tərk edib.

Keçən ilin aprelindən noyabrına qədər olan məlumatlara görə, ölkəmiz qızılın böyük hissəsini Avstraliyadan alır – 15 183 kq üçün 1.199 mlrd. dollar. İkinci sırada 10 924 kq ilə (883.56 mln. dollar) ABŞ, üçüncü sırada 2 023 kq ilə (150.57 mln.) Kanada, dördüncü sırada 1 985 kq ilə (160.6 mln. dollar) Rusiya, beşinci sırada isə 1 919 kq ilə (169.1 mln.) Qazaxıstan dayanır.