Qəzaya uğrayan AZAL təyyarəsinin qara qutuları Braziliyada deşifrə edilib

12:37 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Aktau Hava Limanı yaxınlığında Azerbaijan Airlines (AZAL) təyyarəsinin qəzaya uğraması üzrə hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev təyyarədəki qara qutuların bütöv olduğunu bildirib. 

ABC.AZ xəbər verir ki, Braziliyadan olan mütəxəssislər artıq onları deşifrə edib respublikaya qaytarıblar.

"Onlar tamdır, deşifrə olunub, Qazaxıstana qaytarılır, Baş Prokurorluğun himayəsi altında istintaq qrupundadırlar. Hazırda bütün mütəxəssislər onların üzərində işləyirlər", — deyə Bozumbayev bildirib.
Qazaxıstan tərəfi materialların, o cümlədən audio danışıqların surətlərini Rusiya və Azərbaycana təhvil verib. Respublikada qeyd ediblər ki,"gizlədiləsi heç bir şey yoxdur".