Bu Agentlikdə şöbə müdiri işdən çıxdı  

15:21 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev vəzifəsindən ayrılıb.

Bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, E.Hacıyev 2024-cü ildən bu vəzifədə çalışırdı. Onu bu vəzifəyə 2021-2025-ci illərdə Agentliyə rəhbərlik etmiş İnarə Vəliyeva təyin etmişdi.