Nizamnamə kapitalı 100 min manat olan şirkət bağlanır

14:47 - 1.09.2026


 1 sentyabr, Fineko/abc.az. “Sellüloz Emal Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

ABC.AZ xəbər verir ki, şirkətin ləğvetmə prosesi ilə bağlı kreditorlar öz tələblərini iki ay ərzində AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci kilometri, ev 3A ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, 100 min manat nizamnamə kapitalı ilə yaradılmış “Sellüloz Emal Müəssisəsi”nin qanuni təmsilçisi Əli Məmmədovdur.