16:01 - 15.01.2025
15 yanvar, Fineko/abc.az. 2024-cü ilin yay ayları ərzində Audiovizual Şuranın mütəxəssisləri Azərabycanda xarici televiziya kanallarının retranslyasiya hüquq sahiblərini araşdırıb, onlarla bir sıra görüşlər keçirib, retranslyasiya hüququ olan xarici televiziya kanallarının siyahısını müyyən ediblər.
Audiovizual Şuradan ABC.AZ-a daxil olan məlumata görə, bundan sonra Audiovizual Şura həmin xarici kanalların siyahısını multipleks və platforma operatorlarına göndərib, xarici kanalların retranslyasiyası üzrə müvafiq müqavilələrin bağlanmasını və yalnız icazəli kanalların retranslyasiya paketlərinə daxil edilməsini xahiş edib.
Bu məqsədlə operatorların məsul şəxsləri ilə görüşlər keçirilib, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb, sentyabr ayında bütün operatorlara xəbərdarlıq məktubu ünvanlayıb. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator 5000 manat məbləğində cərimələnib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026