11:45 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. 2024-cü ildə Çin təxminən 400 min işlənmiş avtomobil ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri müvafiq ticarət təşkilatlarının məlumatlarına istinadən məqalə dərc edib.
Qeyd olunub ki, bu da əvvəlki illə müqayisədə 45% çoxdur.
Bildirilir ki, bu, belə tədarüklər üçün rekord rəqəmdir.
Nəşrin məlumatına görə, Çindən işlənmiş avtomobillərin alınmasına ən çox Mərkəzi Asiya ölkələri və Rusiya maraq göstərir. Qırğızıstan, Rusiya və Özbəkistan Çinin ümumi işlənmiş avtomobil ixracının təxminən yarısını təşkil edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026