Valyuta hərracı nəticəsində Azərbaycanda ortaçəkili məzənnə dəyişmədi

12:55 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti hərrac keçirib.

“Sentyabrın 6-da Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Sentyabrın 4-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.