Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 88 %-ə yaxın artıb

14:44 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub.

ABC.AZ Report-a istinadla xəbər verir ki , bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyini məlumat verib.

Qeyd olunur ki, bu, əvvəlkli illə müqayisədə 87,6 % çoxdur.

Həmçinin 2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.