Azərbaycanda pensiyaçıların sayı 18,2 min nəfər azalıb

12:23 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. 2024-cü ilin əvvəlinə Azərbaycanda cəmi pensiyaçıların sayı 1 milyon 95 min 958 nəfər təşil edib.

ABC.AZ Dövlət Statisika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü ilin əvvəli ilə müqayisədə 18 min 269 nəfər azalıb.

Bu dövrdə pensiyaçıların 184 min 222 nəfərini işləyən, 911 min 736 nəfərini işləməyən pensiyaçılar təşkil edib.

İllik müqayisədə işləyən pensiyaçıların sayı 11 min 533 nəfər (7%) artıb, işləməyən pensiyaçıların sayı 29 min 802 nəfər (3%) azalıb.