15:14 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. Xəzəryanı ölkələr – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzadıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın Həştərxanda keçirilən 8-ci sessiyasının yekununa əsasən məlumat verib.
“Tərəflər nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın 2025-ci ilə qədər uzadılması və gələn il üçün kürü və nərə balıqlarının ixracına kvotanın müəyyən edilməməsi barədə razılığa gəliblər.
2025-ci ildə nərə balıqlarının ovlanması əvvəlki kimi yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər”, – məlumatda qeyd olunub.
27 İyul 2026
27 İyul 2026