10:04 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra ediləcək.
ABC.AZ xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə edilir.
“Öyrənmə qutusu”nda hər kəs öz uşağı ilə məşğul olurdu, amma bu modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimə çevrilir. Bu model də bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək”, – deyə şöbə müdiri qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026