16:55 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 12 milyard 216 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6 % artaraq 6 milyard 23 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4 % artaraq 6 milyard 192 milyon manat olub.
Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 245,9 min ton və yaxud 1 il əvvələ nisbətən 0,7 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 831,5 min ton (1 % çox) tərəvəz, 1 milyon 309,3 min ton (4,8 % çox) meyvə və giləmeyvə, 920,2 min ton (7,6 % az) kartof, 490,4 min ton (11,9 % çox) bostan məhsulları, 243 min ton (7,5 % az) pambıq, 213,7 min ton (0,1 % çox) şəkər çuğunduru, 202 min ton (9,3 % az) üzüm, 31,1 min ton (6,3 % çox) günəbaxan, 5,9 min ton (12,8 % çox) tütün, 1,1 min ton (4,9 % az) yaşıl çay yarpağı yığılıb.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026