Özbəkistan və İran yeni kartof sortları yetişdirəcəklər 

15:12 - 17.12.2024


17 dekabr, Fineko/abc.az. Özbəkistan nümayəndə heyəti iranın Kerec şəhərində toxum və bitkilərin sertifikatlaşdırılması və qeydiyyatı İnstitutuna baş çəkib və yeni kartof sortlarının yetişdirilməsi üzrə birgə iş barədə razılığa gəlib.

ABC.AZ xəbər verir ki, İranda kartof becərilməsi üçün 160 min hektar sahənin ayrıldığı bildirilir.

Bildirilir ki, tərəflər kartof becərilməsində əməkdaşlıqdan əlavə kənd təsərrüfatının digər sahələrində də razılığa gəliblər. Lakin əməkdaşlığın hansı sahələrindən bəhs edildiyi dəqiqləşdirilməyib.