Tehranda mazutdan istifadə havanın həddindən çox çirklənməsinə səbəb olub

12:39 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. İran hakimiyyəti vətəndaşlardan soyuq havanın yaratdığı qaz və elektrik çatışmazlığı səbəbindən elektrik istehlakını azaltmağı xahiş edir. Bundan əlavə, sənayenin elektrik təchizatı məhdudlaşdırıldığını bildirirlər. 

ABC.AZ xəbər verir ki, məlumata görə, şənbə günü İranın yaşayış sektorunda qaz istehlakı rekord həddə, 600 milyon kubmetrdən çox olub. Qaz çatışmazlığına görə mazutdan istifadə çoxalıb ki, bu da Tehran da daxil olmaqla hava çirklənməsinə gətirib çıxarıb. Bu fonda Prezident Pezeşkian cümə günü enerji idarəetməsi və havanın çirklənməsinə nəzarət tədbirləri ilə bağlı iclas keçirib. Gündəmdə bərpa olunan enerji mənbələrinin artması və enerji qənaəti məsələləri var.